Bakıda piyada keçidi uçdu, yaralılar var -YENİLƏNİB

Bakıda piyada keçidi uçdu, yaralılar var -YENİLƏNİB
  03 İyun 2014    Oxunub:1174
Azərbaycan paytaxtında piyada keçidinin uçması ilə nəticələn yol qəzasının təfərrüatları məlum olub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyib, nəticədə keçid 99-JK-467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.

***

Bakıda yerüstü piyada keçidi uçub. Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Həmin ərazidən yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticə keçid uçub.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb.




Teqlər:  





Xəbər lenti