Fənərbaxçanın rəqibi Benfika oldu

  12 Aprel 2013    Oxunub : 472
Fənərbaxçanın rəqibi Benfika oldu
Bu gün Avroliqanın püşkü atılıb
Bu gün Avroliqanın yarımfinal mərhələsinin püşkü atılıb. AzVision.az-ın məlumatına görə, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib. Azərbaycanda da xeyli fanatı olan Türkiyənin “Fənərbaxça” klubunun rəqibi “Benfika” (Portuqaliya) klubu olub. Digər oyun isə “Çelsi” (İngiltərə) və “Bazel” (İsveçrə) arasında keçiriləcək.

Bu püşkatmada da komandaların adlarını səbətdən çıxaran Hollandiya yığmasının məşhur hücumçusu Ruud van Nistelroy olacaq.

Xatırladaq ki, yarımfinal oyunları aprelin 25-i, cavab oyunları isə mayın 2-də keçiriləcək. Final isə mayın 15-i Hollandiyanın "Amsterdam Arena" stadionunda baş tutacaq.

AzVision.az

Teqlər: