“Qulp” bağlanmayıb – Aparıcı təkzib etdi

“Qulp” bağlanmayıb – Aparıcı təkzib etdi
  02 İyun 2014    Oxunub:4862
“Qulp” verilişi bağlanmayıb, sentyabrdan bərpa olunacaq.
Bu barədə AzVision.az-a açıqlamasında verilişin aparıcısı və həmin telelayihənin müəllifi Mübariz Əsgərov bildirib.

Verilişin bağlanması haqda yayılan xəbəri təkzib edən aparıcı sentyabrdan fəaliyyətlərini davam edəcəklərini deyib.

““Qulp “ bağlanmayıb, hələlik fəaliyyətini dayandırıb. Yəqin ki, sentyabrdan bərpa olunacaq.Veriliş ANS-də faəliyyətini davam etdirəcək. 20 ildən çoxdur ki, bu veriliş efirdədir. Azərbaycan teleməkanında ən uzunömürlü satirik publisistik verilişdir. Bir müddət fasilə verdik, yəqin ki sentyabrda yeni formatda olacaq. 2015-ci ildə parlament seçkilərdir.Veriliş hansı formatda olacaq, o barədə yay mövsümündə fikirləşib qərar verəcəyik”.

M.Əsgərov bir sıra yeni telelayihələr üzərində işlədiyini də qeyd edib.

Xatırladaq ki, tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi olan “Qulp” satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş “Qulp” 1998-ci ildən indiyədək ANS TV-də efirə çıxıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti