Təmirə bağlanan yol açıldı

Təmirə bağlanan yol açıldı
  01 İyun 2014    Oxunub:1087
Bakıda təmirə bağlanan yol istifadəyə verilib. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib ki, Yusif Səfərov küçəsindən Xocalı prospektinə giriş (Ali Məhkəmənin yanından) yolunda aparılan təmir-bərpa işləri tamamlanıb, nəqliyyatın bu istiqamətdə hərəkəti bərpa olunub.
Məlumata görə, təxminən 800 metrlik hissədə köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi, xətlənmə, bordürlərin yeniləri ilə əvəzlənməsi, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi işləri yerinə yetirilib (APA).


Teqlər:  





Xəbər lenti