İcra başçısı `son zəng`də - FOTOLAR

İcra başçısı `son zəng`də - FOTOLAR
  01 İyun 2014    Oxunub:4497
Bu gün Gəncədəki Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə keçirilən “Son zəng” mərasiminə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də qatılıb.
O, məktəbin müəllim kollektivini və məzunlarını təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Məktəbin direktoru Nizami Rzayev tədbir iştirakçılarını və qonaqları salamlayaraq, məktəbin tarixi barədə məlumat verib. Valideynlər adından çıxış edən Kəmalə İsmayılova müstəqil həyata ilk addımlarını atan məzunları təbrik edib, onlara ən xoş arzularını bildirib.

Sonda məktəbin təhsildə fərqlənən şagirdlərinə Fəxri fərmanlar təqdim olunub.

Qalereya




Teqlər:





Xəbər lenti