"Pakistan və Azərbaycan qardaş xalqlardır" - Baş nazir

   "Pakistan və Azərbaycan qardaş xalqlardır" -    Baş nazir
  15 İyun 2023    Oxunub:1004
"Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür".
AzVision.az xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Baş nazir bildirib ki, Pakistan və Azərbaycan qardaş xalqlardır: "Bizim münasibətlərimiz qarşılıqdı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub”.

AzVision.az


Teqlər:



Xəbər lenti