Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

   Pakistanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib
  15 İyun 2023    Oxunub:909
Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.
AzVision.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Şəhidlər xiyabanını ziyarət edib.

Pakistanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.




AzVision.az



Teqlər: Pakistan  



Xəbər lenti