Minik avtomobili yük maşını ilə toqquşdu

 Minik avtomobili yük maşını ilə toqquşdu
  15 İyun 2023    Oxunub:1181
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti