Göygöldə məktəblini avtomobil vurub

Göygöldə məktəblini avtomobil vurub
  14 İyun 2023    Oxunub:762
Göygöl rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Göygöl şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 7 yaşlı T.Vəlizadəni avtomobil vurub.

Məktəbli müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(REPORT)


Teqlər:



Xəbər lenti