Prokurorluq işçiləri üçün tikilən binada təhlükə - VİDEO

   Prokurorluq işçiləri üçün tikilən binada təhlükə    - VİDEO
  14 İyun 2023    Oxunub:945
Bakının Xətai rayonunda prokurorluq işçiləri üçün inşa edilmiş çoxmərtəbəli binada təhlükəli vəziyyət yaranıb.
AzVision.az xəbər verir ki, bina sakini olan Pərviz Əzimov yaranmış təhlükəli vəziyyətlə bağlı sosial şəbəkələrdə görüntülər paylaşıb.

O bildirilib ki, 2022-ci ildən Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanındakı binaya köçdükdən sonra müxtəlif problemlərlə üzləşiblər: “Bina Baş Prokurorluq tərəfindən işçiləri üçün tikilib. Həmin işçilər də evi satıb, almışıq. Binada problemlər dəhşətli həddədir. Zirzəmidə daimi qrunt suları var, divarlar artıq erroziyaya uğramağa başlayıb, parklanma sahəsinə girirsən, biabırçılıqdır. Divarlar nəmişlik içindədir. Hər yer zibil tullantısı ilə doludur. Sahibsiz və ya hələ təmir olunmamış evlərin pəncərələri sökülüb yerə düşür. Hər küləkdə böyük parça şüşə düşür. Avtomobillərin üstünə düşməyi də olub. Şükür ki, hələ insan üstünə düşməyib”.

Qeyd edilib ki, problemlərlə bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti və bir neçə başqa quruma dəfələrlə məktubla müraciət edilsə də, nəticəsi olmayıb.


AzVision.az


Teqlər:



Xəbər lenti