Naxçıvanda mövqelərimiz intensiv atəşə tutuldu

   Naxçıvanda mövqelərimiz intensiv atəşə tutuldu
  14 İyun 2023    Oxunub:751
Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda bildirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti