Şahin Bağırov Qubada vətəndaşları qəbul edəcək

Şahin Bağırov Qubada vətəndaşları qəbul edəcək
  12 İyun 2023    Oxunub:1360
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov iyunun 16-da saat 09:00-da Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə AzVision.az -a komitəyə istinadən xəbər verir.

Qəbul Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Qəbul zamanı Quba və Qusar rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub/ ) qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər: Quba   ŞahinBağırov  



Xəbər lenti