Hava buludlu olacaq

Hava buludlu olacaq
  31 May 2014    Oxunub:1095
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
AzVision.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Bəzi dağlıq və dağətəyi rayonlarda isə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti