XİN Qazaxıstana başsağlığı verib

XİN Qazaxıstana başsağlığı verib
  11 İyun 2023    Oxunub:870
Azərbaycan Xarici İşlər Nazirliyi meşə yanğını nəticəsində insanların ölümü ilə bağlı Qazaxıstana başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Qardaş Qazaxıstanın Abay rayonunda baş vermiş dəhşətli meşə yanğını xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirik.

Biz qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - deyə paylaşımda bildirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti