Bəzi dağ çaylarından sel keçəcək

Bəzi dağ çaylarından sel keçəcək
  10 İyun 2023    Oxunub:962
İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq iyunun 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bu barədə AzVision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

AzVision.az


Teqlər:



Xəbər lenti