Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb

      Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb
  10 İyun 2023    Oxunub:1329
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb.
Humanitar yardım Ukrayna tərəfinə təhvil verilib. Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkcələr və digər ləvazimatlar göndərilib.

Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yola salınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti