Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək
  09 İyun 2023    Oxunub:1253
İyunun 16-da, saat 12:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının inzibati binasında Şamaxı, Ağsu və Qobustan rayonlarından olan olan vətəndaşları qəbul edəcək.
Bu barədə AzVision.az -a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və yaxud [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şamaxı Ərazi İdarəsinə (telefon: 051 571 46 41, elektron poçt: [email protected] ) 14 iyun saat 18:00-a qədər müraciət edib qeydiyyatdan keçə bilərlər.

AzVision.az



Teqlər:



Xəbər lenti