110 mindən çox uşaq I siniflərə yerləşdirilib

   110 mindən çox uşaq I siniflərə yerləşdirilib
  09 İyun 2023    Oxunub:891
Bu günədək 2023-2024-cü tədris ili üzrə 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə olmadan I siniflərə yerləşdirilib.
Bu barədə AzVision.az -a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onların 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa I sinfə qəbul olunanlardır.

Qeyd edək ki, növbəti tədris ilində 130 mindən çox uşağın I sinfə qəbulu proqnozlaşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti