Qadının bank hesabından pul oğurlanıb

Qadının bank hesabından pul oğurlanıb
  09 İyun 2023    Oxunub:799
Bakıda qadının bank hesabından pul oğurlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 8-də paytaxtın Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan bir qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun mayın 27-də Saatlı rayon sakini olan digər bir qadının bank kartından hesabındakı 400 manatını oğurlaması da müəyyən olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti