Rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb

   Rayonlarda şimşək çaxıb,    qısamüddətli yağış yağıb
  09 İyun 2023    Oxunub:648
Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Bu barədə AzVision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Gəncədə 3 mm, Lerikdə 2 mm, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 mm-dək olub.

Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 13-17 dərəcə isti, aran rayonlarında 29 dərəcəyədək isti olub.


AzVision.az


Teqlər: Yağış   Külək  





Xəbər lenti