Nazirlər Azərbaycan-İran arasındakı problemləri müzakirə ediblər

      Nazirlər Azərbaycan-İran arasındakı problemləri müzakirə ediblər
  09 İyun 2023    Oxunub:1073
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı, Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.

Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.

Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   İran  





Xəbər lenti