KOBİA ilə bağlı fərmanda dəyişiklik edildi

   KOBİA ilə bağlı fərmanda dəyişiklik edildi
  08 İyun 2023    Oxunub:611
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanında dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmanla “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” genişləndirilib. “Azəristiliktəchizat” ASC-nin adı həmin siyahıya əlavə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti