AQTA Qurban bayramına hazırlığa başlayıb
_1516279958.jpg)
Q.Təhməzli həmçinin xatırladıb ki, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb: "Həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbat mallarından biri də ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələri quraşdırılıb. Şəhərsalmaya uyğun olaraq, orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək". Xatırladaq ki, Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunacaq.
AzVision.az
Teqlər: