Piyadanı vurub qaçan sürücü saxlanıldı

   Piyadanı vurub qaçan sürücü saxlanıldı
  08 İyun 2023    Oxunub:1040
Lənkəranda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, iyunun 6-da saat 23 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini piyada Hüseyn Əliyev vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış “Khazar” markalı avtomobilin sürücüsü, Lənkəran şəhər sakini Murad Abdullazadə müəyyən edilərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Sürücü  





Xəbər lenti