Kürmükçayda gecədən başlayan sel davam edir

   Kürmükçayda gecədən başlayan sel davam edir
  07 İyun 2023    Oxunub:712
Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən AzVision.az -a verilən xəbərə görə, Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub. Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb. Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.

AzVision.az


Teqlər:





Xəbər lenti