Ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir

   Ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir
  07 İyun 2023    Oxunub:1036
Azərbaycanda ailənin orta aylıq gəlirinin hesablanması qaydası dəyişir.
Bu, Nazirlər Kabinetinin qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün veriləcək müavinət ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən çıxılacaq. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-dək qüvvədədir.

AzVision.az


Teqlər:





Xəbər lenti