Sabahın hava proqnozu

Havanın temperaturu gecə 17-22, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.
AzVision.az
Teqlər: