Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  30 May 2014    Oxunub:874
Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.

Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Hava gündüz əsasən yağmursuz keçəcək.

Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 23-25 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti