Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

   Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub
  04 İyun 2023    Oxunub:936
Bu gün saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
AzVision.az


Teqlər:





Xəbər lenti