Qarabağda işləyənlərə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb

   Qarabağda işləyənlərə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb
  02 İyun 2023    Oxunub:865
İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, bu barədə qanunvericilik qəbul edilib:
"Bu ayın sonunda statistik məlumatlar açıqlanacaq. Həmin şəxslər bağladıqları müqavilələrə əsasən bu müavinətləri alacaqlar".

Qeyd edək ki, həmin şəxslərə ödənilən birdəfəlik ödənişin məbləği 600 manatdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti