Falçılar qız analarını belə aldadır - FIRILDAQ

Falçılar qız analarını belə aldadır  - FIRILDAQ
  30 May 2014    Oxunub:3408
Tanınmış psixiatr Elmir Əkbər AzVsion.az-a açıqlamasında falçılıq edən şəxslərin hansı fırıldaqlara yol verdiyinə dair bir neçə misal göstərib.
- Tutaq ki, falçıya bir adam gəlib, qızını ərə vermək istəyir. Falçı buna deyir ki, 5 min manat gətir, qızını ərə verəcəyəm. Sonra özü cavan, yaraşıqlı bir oğlanla danışır. Onların bunun üçün xüsusi adamları var. Pulun məsələn, 500 manatını həmin oğlana verir. Oğlan da gedir, guya qız ilə təsadüfən tanış olur, başlayır şirinlik etməyə. Qız və ailəsi də inanır ki, hə, falçı bəxtini açıb, adam tapıldı.

Sonra oğlan bir müddət itir. Qızın anası yenə falçının yanına gəlir. Falçı deyir ki, elçi gəlmələri üçün gərək mənə 10 min manat pul verəsən. 10 min düzəlir. Onun yenə 500-nü oğlana verirlər. O da yalandan fırldaqçıları yığıb, guya ki, elçi gedir… Belə hər addımda falçı qız evini soyur. Pul qurtaranda isə oğlan təbii ki, yoxa çıxır.

Hətta saxta toylar da olur. Oğlan toy edib, sonra yoxa çıxır. Falçı da belə izah verir: `Sənin qızına elə bir ölüm cadusu etmişdilər ki, heç vaxt ərə gedə bilməzdi. Mən sənə dedim ki, axırda 50 min gətir, qızın ömürlük xöşbəxt olsun. Sən də gətirmədin, belə oldu. Gör, mən işi hara qədər çatdırdım, sən simiclik edib pulun dalını gətirmədin deyə, iş axıra qədər alınmadı.

`Mən şəxsən özüm bu söhbətin dəqiq şahidi olmuşam`,- deyə Elmir Əkbər AzVision.az-a bildirib.

Psixiatr deyir ki, çox məşhur bir falçı vardı (adını da sonradan `psixoloq` qoymuşdu) `Leyli və Məcnun`un farscasını əlinə alıb, `Quran` adı ilə cammaatın falına baxırdı: `İndi imkanlı adamlar, onların arvadları həmin falçının yanına gedir, ətək-ətək pul tökürlər. O falçı da bunun ailə sirrlərini öyrənir , sonra da pul ilə rəqiblərinə satır`.

Şahanə Rəhimli



Teqlər:  





Xəbər lenti