"Naxçıvanda vəkillərin sayı azdır" - Anar Bağırov

   "Naxçıvanda vəkillərin sayı azdır" -    Anar Bağırov
  02 İyun 2023    Oxunub:943
"Naxçıvanda vəkillərin sayı digər ərazilərlə müqaayisədə çox azdır və bu, bizi narahat edir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda sənəd qəbulu gedir: "Ümid edirəm ki, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası ilə birgə apardığımız ardıcıl tədbirlər və təbliğat nəticəsində Naxçıvanda vəkillərin sayı artar. Eyni zamanda xanım vəkillərin sayı da çoxalar. Bununla orada yaşayan vətəndaşların hüquqi yardıma və ədalət məhkəmələrinə əl çatımlılığı təmin olunar".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti