Sərhəddən daha rahat keçəcəyik: Yeni gömrük məntəqəsi hazırdır

      Sərhəddən daha rahat keçəcəyik:    Yeni gömrük məntəqəsi hazırdır
  30 May 2023    Oxunub:4122
Rusiya ilə sərhədimizdə yeni inşa olunan Xanoba Gömrük Sərhəd-Buraxılış məntəqəsində 13 nəzarət zolağı var. Onların 6-sı yük, 5-i minik nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Daha biri VİP-zolaqdır.
Bu barədə yeni açılmış məntəqədə jurnalistlərlə görüş zamanı Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə məlumat verib. O bildirib ki, Gömrük Sərhəd-Buraxılış məntəqəsi gün ərzində hər iki istiqamətdə 550 ədəd yük, 1000 ədəd minik nəqliyyat vasitəsinə, həmçinin 30 avtobusa xidmət göstərə biləcək.


Ölkənin gömrük sistemində aparılan islahatlara uyğun olaraq, yeni Gömrük Sərhəd-Buraxılış məntəqəsində bir sıra üstünlüklər var. Burada TAM gömrük rəsmiləşdirilməsi mərkəzi fəaliyyət göstərəcək. Sürücü nəqliyyat vasitəsini tərk etmədən sənədlərini nəzarət köşkünə təqdim edə biləcək. Pasport nəzarəti və gömrük qeydiyyatı "Bir pəncərə" prinsipi ilə həyata keçiriləcək.

Gömrük Sərhəd-Buraxılış məntəqəsində ağır yük avtomobillərinin müayisi üçün rentgen yoxlanılması, həmçinin saxlanc, dayanacaq kimi terminal xidmətləri göstəriləcək.

- Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi ölkənin gömrük nəzarəti xidmətinin də davamll inkişafını və təkmilləşdirilməsini tələb edir.- Cəfər Quluzadə bildirib. - Çünki Gömrük Sərhəd-Buraxılış məntəqəsi nəqliyyat dəhlizinin üzərindəki əsas komponentdir.


Tariyel Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti