`Dəvə sətəlcəmi` Azərbaycana yaxınlaşır - TƏHLÜKƏ

`Dəvə sətəlcəmi` Azərbaycana yaxınlaşır - TƏHLÜKƏ
  29 May 2014    Oxunub:1399
Yaxın Şərq koronovirusu (MERS - Middle East Respiratory Syndrome) kimi tanınan virus artıq İrana da gəlib çatıb. Bu ölkənin Kerman vilayətində iki qadında yoluxma halı qeydə alınıb.

Hazırda hər iki qadın xəstəxanadadır. Onlardan birinin vəziyyətinin kritik olduğu bildirilir.

İranın Səhiyyə Nazirliyi həcc ziyarəti başlayanda xəstəliyin kütləvi hal ala biəcəyindən narahatdır. Ona görə də indidən zəvvarların yoxlanması üçün hazırlıqlara başlanılıb.

Səudiyyə Ərəbistanında MERS virusu ilk dəfə 2012-ci ilin sentyabrında tapılıb. Onun daşıyıcısı həmin ölkədə yaşayan yarasalar və dəvələrdir. Onu görə də bu xəstəliyi `dəvə sətəlcəmi` də adlandırırlar. İndiyə qədər 572 nəfər yoluxub, onların 173-ü dünyasını dəyişib.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti