Zəngilanda 2 tondan çox narkotik bitkisi yandırılıb

   Zəngilanda 2 tondan çox narkotik bitkisi yandırılıb
  20 May 2023    Oxunub:1310
Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən xəbərə görə, tədbir zamanı rayonun Şayıflı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 ton 400 kiloqram olan 8000 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.



AzVision.az


Teqlər:



Xəbər lenti