Masazırda itlər azyaşlı uşaqlara hücum etdi, vəziyyətləri ağırdır

   Masazırda itlər azyaşlı uşaqlara hücum etdi,    vəziyyətləri ağırdır
  18 May 2023    Oxunub:1279
Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbiliv Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Azyaşlıların valideyinləri övladlarının vəziyyətlərinin ağır olduğunu bildiriblər.



Teqlər:



Xəbər lenti