"Qarabağ qələbəsindən narahat olanlar var" - Çavuşoğlu

   "Qarabağ qələbəsindən narahat olanlar var" -    Çavuşoğlu
  11 May 2023    Oxunub:1259
"Türkiyə indi daha müstəqildir, daha azaddır. Bəli, biz Qərb ittifaqlarındayıq, amma müxtəlif sınaqlarda görmüşük ki, öz maraqlarımız səslənəndə bizə heç kim kömək etməyəcək".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, bu gün Türkiyə müdafiə sənayesində, xarici siyasətdə və ya siyasətin qurulmasında daha müstəqildir.

"Ona görə də Türkiyədən narahat olanlar var. Eyni zamanda onlar Qarabağ qələbəsindən, Şərqi Aralıq dənizində öz maraqlarımızı qorumağımızdan narahatdırlar. Amma türk millətini tanımırlar. Müstəqillik bizim xarakterimizdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti