"Direktorların "şirinlik" istəməsi qanunsuzdur" - Nazirlik

   "Direktorların "şirinlik" istəməsi qanunsuzdur" -    Nazirlik
  11 May 2023    Oxunub:1389
"Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideyndən "şirinlik" istəməsi qanun pozuntusudur".
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Nazirlik rəsmisi vurğulayıb ki, belə hallarla qarşılaşan valideynlər hüquq-mühafizə orqanlarına müraciət edə, eyni zamanda birbaşa nazirliyə və digər aidiyyəti qurumlara yazılı şəkildə şikayət göndərə bilərlər.

O.Abbasov həmçinin qeyd edib ki, əkiz övladı olan ailələrə məktəb seçimində müəyyən güzəştlər mövcuddur.

"Valideynlərin bəzən ikinci övladının məktəb seçimində yer dolmuş olsa da, güzəşt tətbiq edilir. Qeydiyyat prosesi eyni olsa da, bu kimi hallar istisnadır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti