Baş nazir Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

Baş nazir Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
  09 May 2023    Oxunub:990
Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilə görüşüb.
Bu barədə AzVision.az -a Azərbaycan Minifutbol Federasiyasından (AMF) məlumat verilib.

Qeyd olunub ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, AMF-nin fəxri-prezidenti Orxan Məmmədov da iştirak ediblər.

Söhbət zamanı Bakıda keçirilmiş Beynəlxalq Minifutbol Turniri, eləcə də, Azərbaycanda bu idman növünün inkişafı müzakirə edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti