Şəhidlərimizin 6-14 yaş aralığındakı övladlarını əhatə edən layihə çərçivəsində iştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırıb, “Bilim şou” nümayiş etdirilib.
Tədbir müddətində uşaq, vətənpərvərlik, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda müxtəlif musiqilər və şüarlar səsləndirilib, tamaşa nümayiş etdirilib.
Region əhalisi üçün “İnnovasiyalar Mərkəzi” tərəfindən ulu öndərin 100 illiyinə həsr olunmuş müsabiqələr təşkil olunub.
Sonda iştirakçılara təşəkkürnamələr verilib. "OBA" marketlər şəbəkəsi tərəfindən həm iştirakçılara, həm də müsabiqə qaliblərinə hədiyyələr təqdim olunub .
Növbəti bu cür regional tədbirin 13 may tarixində Tovuz rayonunda keçirilməsi nəzərdə tutulur.
Baş sponsor: “PAŞA Holding”;
Sponsor: "OBA" marketlər şəbəkəsi, “Şaurma N1”;
Media dəstək: “ASAN Radio”.
Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada link:https://we.tl/t-PgizwNsB4s
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


