Naxçıvan Hərbi Prokurorluğu AR Prokurorluğu sistemindən çıxarılıb

 Naxçıvan Hərbi Prokurorluğu AR Prokurorluğu sistemindən çıxarılıb
  06 May 2023    Oxunub:1541
Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.
AzVision.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Prokurorluq haqqında” qanuna təsdiqlədiyi dəyişiklikdə əksini tapıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

Nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında da müvafiq dəyişiklik edilib.

AzVision.az



Teqlər: Naxçıvan   Prokurorluq  



Xəbər lenti