"Neftçi"nin prezidentinin cəzası azaldılıb

   "Neftçi"nin prezidentinin cəzası azaldılıb
  05 May 2023    Oxunub:1004
AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb.
AzVision.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum klubun şikayətini qismən təmin edib.

Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.

Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.
AzVision.az


Teqlər:



Xəbər lenti