Ermənilər mühəndis işləri görən traktoru atəşə tutdu

   Ermənilər mühəndis işləri görən traktoru atəşə tutdu
  05 May 2023    Oxunub:1310
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti