28 Mayda leysan olacaq

28 Mayda leysan olacaq
  26 May 2014    Oxunub:1213
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 27-də gecə saatlarında və mayın 28-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna edilmir. Lakin gün ərzində buludlu, yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Yaxın 3 gün ərzində gündüz havanın temperaturu 25-30 dərəcə isti olacaq. Gecə isə 16-20 dərəcə isti gözlənilir.

Yaxın iki gün ərzində respublikanın əsasən dağlıq və dağətəyi rayonlarında gecə və axşam saatlarında qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Aran rayonlarında havanın temperaturu gecə saatlarında 16-21, gündüz 28-33 dərəcə isti, dağlıq rayonlarda gecə 16, gündüz 19-24 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti