Yük maşını çaya düşdü, ölən var

Yük maşını çaya düşdü, ölən var
  25 May 2014    Oxunub:964
Azərbaycanın Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ötən gecə rayonun Hamuşam kəndi ərazisində Astara rayonunun Əsxənəkəran kənd sakini, 1979-cu il təvəllüdlü Malik Calal oğlu Rəşidovun idarə etdiyi “QAZ-66” markalı yük maşını qəfildən idarəetməni itirərək, yolun kənarındakı çaya yuvarlanıb.
Güclü zərbə nəticəsində maşının sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Onun sərnişini, Astaranın Maşxan kənd sakini, 1982-ci il təvəllüdlü Anar Vaqif oğlu Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin versiya kimi hadisəyə maşına normadan artıq yük vurulmasının səbəb olduğu bildirilir.

Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır (APA).


Teqlər:





Xəbər lenti