Xaçmazda sevgi faciəsi: məktəblilər intihar etdi

  25 May 2014    Oxunub : 2003
Xaçmazda sevgi faciəsi: məktəblilər intihar etdi
Xaçmaz rayonunda iki məktəblinin asılmış vəziyyətdə meyitləri tapılıb. İntiharın səbəbləri də məlum olub. Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov ANS-ə açıqlamasında deyib ki, gənclər sevgili olublar və ayrılmamaq üçün intihar ediblər.
Gənclər 10-cu sinif şagirdləri olublar və paralel siniflərdə oxuyublar. Ailəsi qızı Rusiyada yaşayan qohumları ilə nişanlayıb. Daha sonra gənclər ayrılmamaq üçün intihara əl atıblar. Gənclər birlikdə meşə massivinə gediblər. Onların yanında oğlanın sinif yoldaşı Amin adlı şəxs də olub.

Amin gənclərin intihar etmək niyyətlərini başa düşəndə onlara yalvarıb ki, bu yoldan dönsünlər. Hətta Amin sinif yoldaşlarını intihar fikrindən daşındırmaq üçün qolunu yaralayıb. Amma sevgili olan gənclər onu aldadıblar və evə yola salıblar. Evə gələn Amin hadisələri öz ailəsinə və gənclərin ailəsinə danışıb.

Valideynlər meşəyə gəliblər və orada gənclərin asılmış vəyiyyətdə olan meyitləri qarşılaşıblar. Oğlanın belində olan dəri kəmərlə, qızın isə parça kəmərlə özlərini asdıqları məlum olub.

Qeyd edək ki, intihar hadisəsi ilə bağlı fakt ötən axşam 20:00 radələrində aşkar edilib. Meyitləri tapılanlar Xaçmaz şəhər sakini 22.08.1998-cil il təvəllüdlü Quliyev Vasif Yaşar oğlu və 27.05.1997-cil təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızı olub. Onlar Xaçmaz şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdləri idi.

Teqlər: