Bakıda ağır qəza, sürücü öldü

Bakıda ağır qəza, sürücü öldü
  24 May 2014    Oxunub:924
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili və "Zil" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə meyiti avtomobildən çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:32-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti