Bakıdakı `erməni maşını`nın sirri açıldı

Bakıdakı `erməni maşını`nın sirri açıldı
  24 May 2014    Oxunub:1258
Bu gün Bakı şəhərində peyda olunan Ermənistan nömrəli maşına aydınlıq gəldi.
E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya Ermənistana aid olduğu bildirilirdi. Bayrağın yaxşı görünməməsi ilk baxışdan bunu deməyə əsas verirdi. Ancaq araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəyə aiddir.

Amma tanınmamış bir respublikaya aid avtomobilin də Azərbaycana gətirilməsi sual doğurur.

Xatırladaq ki, paytaxtı Tiraspol olan Dnestryanı (Dnestryanı Moldov Respublikası) Dnestr çayı yanında yerləşmiş tanınmamış sosialist bölgədir və 1991-ci ildə elan edilib. "Dnestryanı respublika"nın əhalisi 505.000 min nəfərdir. 2004-cü ilə görə əhalinin etnik tərkibi 35% moldovan, 32% rus, 28% ukraynalı və 5% isə digər xalqlardan ibarət olub (ans-press).


Teqlər:  





Xəbər lenti