Naftalan Uneyuv şəhərilə qardaşlaşdı

Naftalan Uneyuv şəhərilə qardaşlaşdı
  24 May 2014    Oxunub:1339
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikasının Uneyuv şəhərində səfərdə olub.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun iştirakı ilə Uneyov meri Juzef Kaçmarek ilə görüş keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində mayın 22-də Azərbaycanın Naftalan və Polşanın Uneyuv şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb.

Müqavilədə iki şəhər arasında bütün səviyyələrdə, o cümlədən təhsil, sosial -iqtisadi, mədəniyyət, incəsənət, idman kimi sahələrdə əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti