Bu gün 85 cinayət törədilib

Bu gün 85 cinayət törədilib
  24 May 2014    Oxunub:966
Mayın 22-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 85 cinayət faktından 43-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 2 yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölmüş, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 47 nəfər tutulub.


Teqlər:





Xəbər lenti